Ukrayna Rusiya ilə danışıqlardan imtina etdikdən sonra o, öz dövlətçiliyini qorumaq şansını itirib.

"Unikal" xəbər verir ki, bunu Rusiya tərəfindən ilhaq olunmuş Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin deyib. 

“Mən... Ukraynanın sağ qalmaq şansı olacağına dair çox az perspektiv və şans görürəm. Bu, əvvəlki mərhələlərdə, bəzi danışıqlar institutları açılanda mümkün idi, lakin indi Ukrayna özünü onlardan məhrum edib”, - DXR rəhbəri bildirib.

Puşilinin sözlərinə görə, Kiyev danışıqlardan imtina etdikdən sonra Qərb ölkələrindən asılı vəziyyətə düşüb və qərarların qəbulunda subyektivliyini itirib. O, sadə ukraynalıları hazırkı vəziyyətin girovu adlandırıb.

Gülayə Mecid