Moskva və İrəvan sülh və harmoniya şəraitində yaşayacaq, Rusiya-Ermənistan münasibətlərinin tarixi ikitərəfli əməkdaşlığın inkişafı üçün əsas olacaq.

"Unikal" xəbər verir ki. bu barədə TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

İrəvanla münasibətlərin indiki təlatümlü dövründə Ermənistandan olan uşaqlara və ümumilikdə respublika xalqına nə demək olar sualına cavab verən Zaxarova qeyd edib ki, uşaqların özlərinin də Ümumdünya Gənclər Festivalında çoxlu açıq və səmimi arzuları var.

“Ermənistandan olanlar bu festivalın bir hissəsi kimi çıxış edir, dostluq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyindən danışır, şəkil çəkdirməyi xahiş edir, hədiyyələr mübadiləsi aparırlar. Üstəlik, bizim belə fantastik münasibətlər tariximiz var. Bu, gələcəkdə, yeni nəsillər üçün ikitərəfli münasibətlərin inkişafı üçün əsas olmalıdır və buna şübhə etmirəm”.