Ekvador Milli Assambleyasının binasında naməlum meyit tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ecuavisa telekanalı məlumat yayıb. Meyitə keçirilən baxış zamanı onun intihar etdiyi məlum olub.
Hadisə yerində məhkəmə-tibb ekspertləri işləyir.
İntihar edənin şəxsiyyəti hələlik müəyyən edilməyib.
Faktla bağlı araşdırma aparılır.