Ermənistan Rusiya sərhədçilərinin "Zvartnots" hava limanında fəaliyyətini dayandırmaq üçün Rusiya Federasiyasına rəsmi məktub göndərib.

"Unikal" xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. 

"Bizim Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması məsələsində aydın mövqeyimiz var, bu aydın mövqe barədə rəsmi məktubla Rusiya Federasiyasına məlumat vermişik. Ermənistanın mövqeyi ondan ibarətdir ki, Ermənistanın sərhəd xidməti "Zvartnots" hava limanında öz xidmətlərini həyata keçirməlidir", - deyə Qriqoryan qeyd edib.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün açıqlamasında bildirmişdi ki, Ermənistan Rusiya sərhədçilərinin İrəvanın “Zvartnots” hava limanından çıxarılması ilə bağlı qərar qəbul etməyib.

Ağarza Elçinoğlu