Hazırda Ermənistan diversifikasiya siyasəti həyata keçirir. 

"Unikal" xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. 

Onun sözlərinə görə, Rusiyadan hərbi texnikanın alınması 96 faizdən 10 faizə enib: "Bu o deməkdir ki, Ermənistan diversifikasiya edir və Ermənistan təkcə Qərbdə deyil, başqa yerlərdə, Asiyada, Hindistanda və müxtəlif istiqamətlərdə tərəfdaşlar əldə edir". 

Qriqoryan əlavə edib ki, söhbət həm hərbi, həm də iqtisadi istiqamətlərdən gedir: "Ermənistan heç yerə getmir, Ermənistan da regionallaşma siyasəti aparır, Qərblə yaxşı münasibətdədir, bütün qonşularla - Türkiyə, Azərbaycanla münasibətlər qurmağa çalışır. Bu, bizim gündəmimizdir, hər şey aydındır".

Ağarza Elçinoğlu