Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ona verilən 44 günlük müharibənin simvolu olan Xarıbülbüldən danışıb. 

"Unikal" xəbər verir ki, bu barədə diplomat brifinq zamanı açıqlayıb. 

"İnsanların diplomatlara mühüm simvollar təqdim etməsi tamamilə normaldır və bunu siyasiləşdirmək lazım deyil", - Zaxarova deyib.

O, həmçinin fələstinli, argentinalı və çinlilərdən də hədiyyələr aldığını qeyd edib.

Qeyd edək ki, iki gün öncə Ümumdünya Gənclər Festivalı çərçivəsində rus diplomata Xarıbülbül döş nişanı hədiyyə edilmişdi

Ağarza Elçinoğlu