III Respublika Platformasının spikeri Akif Qurbanov barəsində cinayət işi başlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə onun vəkili Şəhla Hümmətova məlumat yayıb.

O bildirib ki, Akif Qurbanova qarşı Cinayət Məcəlləsinin 206.3.2 - qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən bu gün "Toplum TV"nin ofisində keçirilmiş əməliyyat nəticəsində daha bir neçə nəfər də saxlanılıb.

xxx

22:02

“Toplum TV”in ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanovun evinə vəkil Şəhla Hümbətovanın buraxılmadığına və zorakılığa məruz qalmasına dair sosial şəbəkələrdə yayılan iddialarına aydınlıq gətirilib.

DİN-in mətbuat xidmətindən "Unikal"a bildirilib ki, hər hansı zorakılıq halının olması ilə bağlı iddialar subyektiv mülahizələrdir:

“Prosesə vəkilin dəvət olunmasının qarşısı alınmayıb. Əməliyyat-axtarış tədbirlərinin keçirildiyi ünvana vəkilin gecikməsi onun prosesdən kənarda qalmasına səbəb olub. Burada başqa xüsus yoxdur”.