Mədəniyyətlərin, dinlərin və adət-ənənələrin müxtəlifliyi Rusiyanı digər ölkələrdən fərqləndirir.

"Unikal" xəbər verir ki,  bunu Rusiya prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalında deyib.

Onun sözlərinə görə, bütün bu fərqlər ölkə sakinlərinə əsrlər boyu bir-biri ilə həm genetik kod, həm də mədəni kod mübadiləsi aparmağa imkan verir.

Putin çıxışı zamanı bildirib ki, Rusiya birbaşa Tanrı tərəfindən idarə olunan, lakin burada yaşayan xalqların sayəsində mövcud olan ölkədir. Bundan əvvəl Rusiya Federasiyasının prezidenti rus və ukrayna xalqlarının taleyindən danışıb.

Gülayə Mecid