Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi beynəlxalq legionunda 50-dən çox dövlətdən muzdluların olduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə  Ukrayna kəşfiyyatı sosial şəbəkədə  məlumat paylaşıb. 

Bildirilir ki, söhbət ABŞ, Britaniya, Avstraliya, Danimarka və Avropa, Asiya, Afrika və Cənubi Amerikanın bir sıra digər ölkələrindən olan veteranlardan da gedir.

Bundan əvvəl  Rusiya İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən 700-ə yaxın əcnəbi muzdlunu axtarışa verib.

Gülayə Mecid