Astroloqlar 7 mart 2024-cü il üçün bürclər haqqında proqnozları açıqlayıblar.

"Unikal" həmin proqnozları təqdim edir:

Qoç:
Bu gün insanlarla ünsiyyət qurmaqda, dərin düşüncələrinizi və ideyalarınızı üzə çıxarmaqda müəyyən qədər çətinlik çəkə bilərsiniz.

Buğa: 
Karyera həyatınızda kim hakimdirsə, onunla münaqişəyə hazır olun. Duyğularınızı dərinə basdırıb uğura fokuslana bilərsiniz. Özünüzü idarə etməli olduğunuz gündür.

Əkizlər:
İnancların insan həyatına təsirlərini araşdırmaq, şüurunuzu və inandığınız dəyərləri dəyişdirmək üçün yüksək enerjiniz var. İçinizdə saxladığınız duyğuları üzə çıxarmaq, ifadə etmək və izah etməyə çalışmaq sizin üçün çətin ola bilər.

Xərçəng:
Bu gün özünüzü müəyyən qədər əsəbi hiss edə bilərsiniz. Duyğularınızı öz içinizdə yaşamağı seçəcəksiniz.Əməliyyatlar və sağlamlıq problemləri gündəminizdə ola bilər.

Şir:
Bu gün partnyorunuzu anlamaqda çətinlik çəkə bilərsiniz. Sizinlə açıq danışmaq və ünsiyyət qurmaq əvəzinə, özünü bağlaya bilər.

Qız:
Gün ərzində baş nahiyəsində ağrılardan şikayətlənə bilərsiniz. İş həyatınızda sizi gərgin gün gözləyir. İşlərinizi qaydaya salmaq lazım gələ bilər, məsuliyyətləriniz artacaq.

Tərəzi:
Bu gün partnyorunuzun sizi qısqanması və ya sizi məhdudlaşdırmağa çalışması kimi problemlər yarana bilər. İş qrafikiniz gərgin olduğundan son vaxtlar sizi görməyən partnyorunuz bu haldan şikayətlənə bilər. 

Əqrəb:
Ailənizdə üsyankar davranışlar ola bilər. Ev həyatınızda fərdlər arasındakı münaqişə sizi xaosa sürükləyəcək. Ola bilsin ki, uzaqlaşıb işinizlə məşğul olmaq sizi daha yaxşı hiss etdirsiniz.

Oxatan:
Yaxın ətrafınız, qonşularınız və qohumlarınızla emosional böhranlar yaşaya bilərsiniz. Səhhətinizə fikir verməlisiniz, sevdiyiniz insanlarla ünsiyyət problemləri gündəlik həyatınızı çətinləşdirə bilər. Evdə bəslədiyiniz canlıların sağlamlığı ilə bağlı gözlənilməz problemlərin yaranma ehtimalı var.

Oğlaq:
Bu gün sizi maddi sıxıntıya salacaq hadisələr ola bilər. Maddi dəyərlərin yaradılmasında bəzi böhranları həll etməli olacaqsınız. Maliyyə məsələlərində satışlarınızdan gəlir əldə etmək və ödənişləri almaqda müəyyən maneələrlə qarşılaşa bilərsiniz.

Dolça:
Gün ərzində bütün emosiyalarınızı içərinizdə basdırmaq istəyəcəksiniz. Bununla belə, ailənizlə aranızdakı gərgin mübahisələr sizin çox dağıdıcı bir münasibətə sürükləyə bilər. Davamlı olaraq özünüzü müdafiə etmək ehtiyacı hiss edə bilərsiniz. Bu vəziyyət zaman zaman emosional böhranlara səbəb ola bilər. Ancaq bilin ki, içində olduğunuz vəziyyət müvəqqətidir.

Balıq:
Bu gün daxili dünyanıza nəzər salacaq və yaşadığınız hər şeyin dərinliklərə toxunduğu və duyğularınızı necə dəyişdirdiyinin şahidi olacaqsınız. Bəzən sevdiyiniz insanlarla əlaqəni kəsmək lazım gələ bilər, bu gün bəlkə də bu əlaqələri kəsəcəksiniz.

Zərifə Nağıyeva