Türkiyə İraqın şimalında PKK yaraqlılarına qarşı iri quru hərbi əməliyyat keçirməyə hazırlaşır.

"Unikal" xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Məlumata görə, Türkiyə əməliyyatdan əvvəl İraqın mərkəzi administrasiyası ilə razılığa gəlib.

Qeyd olunur ki, Ankara İraqla sərhədin bütün 378 kilometrini  bağlamağı planlaşdırır.

Bundan əvvəl, dekabrın 24-də Türkiyə ordusu Şimali İraq və Suriyada ən azı 25 PKK yaraqlısını məhv edi . Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​2023-cü ilin əvvəlindən ümumilikdə 2156 PKK yaraqlısının öldürüldüyünü bildirib. Onun sözlərinə görə, PKK xeyli itki verib və faktiki olaraq manevr imkanlarından məhrum olub. Gülər ​​söz verib ki, PKK-ya qarşı əməliyyatlar “bu bölgədəki son terrorçu” məhv edilənə qədər davam edəcək.

Gülayə Mecid