Hindistan Silahlı Qüvvələri martın 12-də quru qoşunları, hava qüvvələri və donanmanın iştirakı ilə irimiqyaslı kompleks hərbi təlim keçirəcək.

"Unikal" xəbər verir ki, bu barədə "The Times of India" qəzeti yazır. 

Təlimlərin Hindistanın istehsal etdiyi silahların sınaqdan keçirilməsi məqsədi daşıdığı bildirilir. Təlimdə Hindistan şirkətləri tərəfindən istehsal olunan 60-a yaxın silah sisteminin, o cümlədən "BrahMos" səsdən sürətli qanadlı raketləri, "Akash" zenit-raket kompleksləri, "Svati" artilleriya kəşfiyyat stansiyaları, "Vajra" özüyeriyən haubitsaları, "Pinaka" reaktiv yaylım atəşi sistemləri və digər raket sistemləri nümayiş etdiriləcək. 

Hindistanın baş naziri Narendra Modi və müdafiə naziri Rajnath Singh Pakistanla həmsərhəd olan Racastan əyalətinin qərbində "Bharat Shakti" quru və hava təlimini müşahidə edəcək.

Ağarza Elçinoğlu