ABŞ Nümayəndələr Palatasının üzvü Din Fillips prezidentlik yarışından geri çəkildiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Konqresmen WCCO radiosunda müvafiq bəyanatla çıxış edib.

O, partiya lideri, ABŞ prezidenti Co Baydeni dəstəkləyəcəyini bildirib. 

Fillipsin sözlərinə görə, o, sadəcə ABŞ-nin keçmiş prezidenti Donald Trampla üz-üzə gəlmək istəyinə görə namizəd olmuşdu: "Mən kampaniyamı dayandırıram və Co Baydeni dəstəkləyirəm". 

Bundan əvvəl respublikaçı Nikki Heyli də prezidentlik yarışından imtina etdiyini açıqlamışdı.

Ağarza Elçinoğlu