Cənubi Qafqaz regiondan kənar ölkələrdən təhlükəsizlik axtararkən başqaları üçün rəqabət meydanına çevrilə bilər. 

"Unikal" xəbər verir ki, bu barədə İranın müdafiə naziri Məhəmməd Rza Aştiani deyib. 

O, Tehranda Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşündə deyib: "Regiondan kənarda təhlükəsizlik axtarışları əks nəticə verir, regionu güclərin toqquşma yerinə çevirərək regional sülh və sabitlik üçün yeni problemlər yaradır".

Aştiani İrəvanla Bakı arasında birbaşa danışıqları dəstəkləyib və Cənubi Qafqaz ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişməzliyinin vacibliyini vurğulayıb. 

Ağarza Elçinoğlu