Türkiyə Birləşmiş Ştatların İraq və Suriyada Ankaranın terrorçu kimi tanıdığı PKK qruplarına dəstəyi dayandırmasını gözləyir.

"Unikal" xəbər verir ki, bu barədə TRT telekanalı Türkiyə Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb .

“ABŞ İŞİD ilə mübarizə bəhanəsi ilə Kürdüstan Fəhlə Partiyası (PKK), Xalq Müdafiə Qüvvələri və Suriya Demokratik Qüvvələri terror təşkilatlarına dəstəyini davam etdirir ”, - deyə telekanal sitat gətirir.

Mənbənin sözlərinə görə, “terrorçularla mübarizə terrorçuların köməyi ilə aparıla bilməz” və buna görə də Türkiyə Müdafiə Nazirliyi dost ölkələri, o cümlədən ABŞ-ni “bu terror təşkilatlarına yardım və dəstəyi dayandırmağa və onlara səmimi yardım göstərməyə” çağırıb. 

Gülayə Mecid