"Qarabağ atları ("Qarabağ" FK) alman tankını ("Bayer") əzib keçəcək. İnanıram ki, "Qarabağ" qələbə qazanacaq. Oyun bizimdir".

Bunu "Unikal"a açıqlamasında deputat Aqil Abbas deyib. O bildirib ki, matçı evdən izləyəcək: "Stadiona getmirəm, həyəcanlanıram. Oyuna evdə baxacam".

Qeyd edək ki, bu gün “Qarabağ” “Bayer”i saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

Anar Kəlbiyev