Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 146-2 çağrı mərkəzinə, eləcə də agentliyin sosial şəbəkə hesablarına 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə neqativ məzmunda, şikayət xarakterli müraciət daxil olmayıb.

Bu barədə "Unikal"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, agentlik ümumi təhsil müəssisələrində monitorinqlərini davam etdirir:

“Hər hansı neqativ, xoşagəlməz hal baş aşkarlanarsa bununla bağlı ciddi və lazımi tədbirlər də görüləcək”.