Moldova prezidenti Mayya Sandu Rusiyanı respublikada dövlət çevrilişinə cəhddə ittiham edib.

"Unikal" xəbər verir ki, bu barədə onun Fransa prezidenti Emmanuel Makronla görüşündən sonra Moldova prezidentinin mətbuat xidməti tərəfindən dərc olunan bəyanatında deyilir.

Bəyanatda deyilir ki, "Moskva enerji şantajı, etirazlara dəstək, dezinformasiya kampaniyaları və hətta çevriliş cəhdləri ilə Moldovanı idarə etməyə çalışır”.

Bəyanatda Makrona Moldovanın hazırkı hökumətini dəstəklədiyinə, habelə maliyyə və hərbi yardım göstərdiyinə görə minnətdarlıq ifadə edilir.

Sandunun Parisə səfəri zamanı Moldova və Fransa arasında müdafiə sektoru və iqtisadiyyat sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb.

Nuranə Abbasova