Ermənistanın Sisian (Qarakilsə) şəhərinin merinin müavini Karen Ovannisyan saxlanılıb.

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, Ovannisyan yanacaq oğurluğu və tikintiyə icazənin qanunsuz verilməsi işi üzrə aparılan istintaq çərçivəsində Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.