Türkiyəli aktyor Ekin Koçun baş rolunu canlandırdığı "Taş, kağıt, makas" serialındakı bir səhnə müzakirələrə səbəb olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinin ötən gün yayımlanan bölümündə 4 xanıma avtomobil qarşılığında qabdan it kimi içki içməsi və hürməyi təklif olunub. Onlardan birinin bunu etməsi isə sosial şəbəkədə insanları qəzəbləndirib.
Bu səbəbdən RTÜK (Türkiyədə Radio və Televiziya Ali Şurası) ekran işi barədə araşdırma aparacığını bildirib.
Qeyd edək ki, layihə "Kanal D" kanalında nümayiş olunur.