Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz təyyarələrin alınmasına əlavə olaraq 125 milyon funt sterlinq (160 milyon dollar) ayıracaq,

"Unikal" xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.

Bildirilir ki, bu, Böyük Britaniyanın Kiyevə tədarük etdiyi pilotsuz təyyarələrin sayını 10 minə çatdıracaq.

Budəfəki paketə pilotsuz uçuş aparatları, minə yaxın sursat, həmçinin dəniz PUA-ları və pilotsuz kəşfiyyat avadanlıqları daxildir.