Martın 7-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH), Lənkəran-Astara Regional Gənclər və İdman, Lənkəran-Astara Regional Mədəniyyət idarələrinin birgə təşkilatçılığı ilə 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə sərgi keçirilib. 

"Unikal" xəbər verir ki, Heydər Əliyev Parkında açıq havada baş tutan sərgidə Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarından olan 14-35 yaş arası qadınların əl işləri nümayiş olunub.

600-ə yaxın gəncin iştirak etdiyi “Tirmə şallı al yanaqlı gözəllər” adlı sərgidə gənc xanımların əl işləri, milli üslubda olan yaradıcılıq, xalçaçılıq, xalq tətbiqi sənət nümunələri, rəsm əsərləri, musiqi və rəqs nömrələri təqdim edilib.