Mart ayının 7-də Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmiş, əməkdə fərqlənmiş qadınlarla görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, eləcə də Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak edib. 

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən xanımlar fəxri fərmanlar və dəyərli hədiyyələrlə mükafatlandırılıblar. 

Daha sonra isə Qaradağ Rayon icra Hakimiyyətinin inzibati binasında Süleyman Mikayılov tərəfindən aparatın qadın işçiləri təbrik olunub.