Hollandiya, Kolumbiya və Ekvador 2023-cü ilin nəticələrinə görə qlobal çiçək ixracatında şəksiz liderlər olublar. Onların xarici bazarlara tədarükünün ümumi dəyəri 6,6 milyard dollar təşkil edib.

"Unikal" xəbər verir ki. bu barədə BMT-nin Comtrade platformasının hesablamalarına istinadən yazır.

Mütləq lider 4,6 milyard dollar dəyərində 552 min ton gül ixracı ilə Hollandiya olub. Kolumbiya 1,1 milyard dollar dəyərində 143 min ton tədarüklə ikinci yeri tutub. Üçlüyü 181 min ton gül xaricə 987 milyon dollara satan Ekvador qapayıb.

Ən böyük ixracatçıların beşliyinə həmçinin Keniya (387 milyon dollar, 64 min ton) və Nigeriya (157 milyon dollar, 97 min ton) daxildir. İlk 10-luğu İtaliya (126 milyon dollar, 16 min ton), Çin (110 milyon dollar, 34 min ton), Kanada (109 milyon dollar, 34 min ton), Malayziya (76 milyon dollar, 23 min ton) və Cənubi Afrika (61 milyon dollar, 8 min ton) tamamlayır.

Ramil Zeynallı