Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüş Türkiyə Prezidenti Administrasiyasının İstanbuldakı Dolmabahçe ofisində baş tutub.

Media üçün bağlı keçirilən görüşdə Ukrayna ilə Rusiya arasında davam edən qarşıdurmanın gedişatı, Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi ilə bağlı son vəziyyət və bölgədə daimi sülh barədə ətraflı müzakirələrin aparılması gözlənilir.