Ermənistan Hindistandan 155 milyon dollar dəyərində 155 mm çaplı 84 ədəd qabaqcıl artilleriya sistemi olan "ATAGS" alacaq. 

"Unikal" xəbər verir ki, bu barədə Hindistan mətbuatı yazıb. 

"ATAGS"ın atəş məsafəsi 48 km-dir. 

Xatırladaq ki, 2023-cü ildə Ermənistan bu silahdan 6 ədəd alıb və Hindistan şirkətləri ilə MArG 155 özüyeriyən haubitsaların və "Akaş" hava hücumundan müdafiə sisteminin alınmasına dair daha bir neçə müqavilə imzalayıb. 

Ağarza Elçinoğlu