"Miss World- 2023" gözəllik müsabiqəsinin qalibi Çexiya təmsilçisi Kristina Pışkova olub.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, yarışın finalı Hindistanın Mumbay şəhərində baş tutub.
Pışkova Çexiyadan seçilən ikinci "Dünya gözəli"dir. 2006-cı ildə bu adı onun həmyerlisi Tatyana Kuharjova alıb.
Pışkova hüquq və biznes idarəçiliyi üzrə təhsil alan 23 yaşlı modeldir.
Hindistan daha əvvəl 1996-cı ildə müsabiqənin finalına ev sahibliyi edib.