Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

"Unikal" xəbər verir ki, 33 şəhər və rayonda təşkil olunan imtahandan 4 nəfər xaric edilib. 

İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon, 1 nəfərdə isə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib.

Qeyd olunan hallarla bağlı araşdırma aparılır.