İsrail polisi işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidində Ramazan ayının ilk təravihini qılmaq istəyən yüzlərlə fələstinlinin girişini qadağan edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İsrail polisi yalnız qadın və 40 yaşdan yuxarı kişilərin məscidə daxil olmasına icazə verib.

Lakin polis digər fələstinliləri döyərək ərazidən uzaqlaşdırıb.

Zərifə Nağıyeva