Xilasedicilər İsveçrə Alp dağlarında itkin düşən altı xizəkçidən beşinin meyitini tapıblar. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Məlumata görə, axtarış qrupuna üç xilasedici və bir polis əməkdaşı cəlb olunub.  Qeyd olunur ki, itkin düşmüş qruplaşmanın 5 üzvününmeyiti yalnız martın 10-da yerli vaxtla saat 21:20-də  tapılıb. Altıncı xizəkçinin axtarışları davam edir.

Qeyd olunur ki, bir qrup turist martın 9-da Alp dağlarının Zermatt kurort şəhərindən gəzintiyə çıxıb. Xizəkçilər İsveçrə ilə İtaliya arasında sərhəddə yerləşən Matterhorn dağının yaxınlığında yoxa çıxıblar.

Gülayə Mecid