"Şəhərlərarası sürət qatarlarının işə düşməsi çox yaxşı oldu. Hətta bizə deyirdilər ki, bu düzgün layihə deyil, bilet qiymətləri bahadır. Bu gün Gəncəyə getmək istəyəndə 100 manatlıq bilet tapa bilmirəm, yer yoxdur. Artıq qatar Ağstafaya qədər hərəkət edir, ona görə sərnişinlər bilet tapa bilmir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat qeyd edib ki, Ağstafadan, Gəncədən Bakıya səhərlər qatarların gəlməsi yaxşı olardı. 

"Mümkündürsə, şəhərlərarası təyyarə reysləri bərpa edilərdi. Tarix boyu Gəncə ilə Bakı arasında gündə bir dəfə təyyarə reysi olub. Hər dəfə özüm deyib, özüm eşidirəm", - deyə N.Həmzəyev bildirib.

Anar Kəlbiyev