Ömrün uzadılması problemi dünyanın bir çox alimlərini narahat edir. Onlar ekologiya, iqlim və digər xarici amillərin əhəmiyyətini dərk edirlər. Ancaq hətta insan bədənində də "parametrləri dəyişdirmək" mümkündür. Xüsusilə, uzunömürlülük geninin FOXO3 aktivləşdirilməsi yolu ilə. 

"Unikal" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, bu barədə uzunömürlülük üzrə mütəxəssis Dr. Mosley, Okinava Beynəlxalq Universitetində 1000-dən araşdırma aparıb. 

O, insan ömrünün əsasən genetika və həyat tərzinin birləşməsindən asılı olduğunu söyləyib. 

Mütəxəssis müəyyən edib ki, sağlamlıq və uzunömürlülük 75% həyat tərzindən, 25% isə genlərdən asılıdır. Ancaq yetkinlik və qocalıqda genlər getdikcə daha vacib rol oynamağa başlayır. Beləliklə, hər bir insanın xüsusi “uzunömürlülük geni” FOXO3 var. Ürək xəstəliyindən tutmuş demensiyaya qədər qocalma problemlərinə səbəb olan xroniki iltihabı azaltmağa kömək edir.

Uzunömürlülük genini necə aktivləşdirmək olar?

Dr. Mosley bunun üçün əsas üsulları adlandırır: aralıq oruc, müntəzəm fiziki məşqlər, daha az stress, düzgün qidalanma.

O, ömrü uzatmaq üçün optimal qidaların adlarını da sadalayıb. Həkim bol tərəvəz və antioksidantlardan ibarət aşağı kalorili pəhrizi tövsiyə edir. Qırmızı və bənövşəyi qidalar xüsusilə faydalıdır: karides, qızılbalıq, rəngli meyvə və tərəvəzlər, o cümlədən qırmızı-bənövşəyi şirin kartof. Onların tərkibində ürək və damar xəstəliklərindən qoruyan bir çox antioksidan var.

Gülayə Mecid