Bakı-Sumqayıt arasında metrobusların istifadəyə verilməsi təklif olunub.

"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Müşfiq Cəfərov çıxış edib.

O bildirib ki, İstanbulun metrobus təcrübəsi öyrənilməlidir: "Sumqayıt, Dərnəgül kimi ərazilərdə metrobuslar rahat şəkildə hərəkət edə bilərlər".

Deputat qeyd edib ki, taksinin tənzimlənməsi ilə bağlı işlər aparılmalıdır: "İstanbulda 2024-cü ildə 18 400, Bakı və Abşeron yarımadasında isə 60 minə yaxın taksi fəaliyyət göstərib. Bakı üçün nə qədər taksi yetərli olduğu hesablanmalıdır. Əvvəllər taksi ilə 80 qəpiyə də getmək mümkün idi, bu biabırçılıq idi. İndi aşağı qiymət 2 manat 50 qəpiyə qaldırılıb. Taksinin xərcləri də var".

Anar Kəlbiyev