"Niyə insanlar Bakıya axışırlar? 10-15 il bundan əvvəl Bakıda tıxac problemi yox idi. Son illərdə tıxacının şahidi olmuşuq. İnsanların ehtiyacı olmasa, Bakıda nə işləri var? Regionlarda kifayət qədər iş yeri yoxdur"

"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov çıxış edib.

Deputat bildirib ki, paytaxta axın çoxdur: "İş yerlərinin hamısı Bakı və Sumqayıtda cəmləşdirilib. Həmçinin, 20 Yanvar metrosundan Əzizbəyova yol çəkiləndə 2 mərtəbəli olmalı idi. Planda da belə idi. Amma sonradan yolu birmərtəbə etdilər.".

V.Əhmədov qeyd edib ki, paytaxtda bu qədər taksiyə ehtiyac varmı? "Niyə bunu həll edə bilmirik? "Prius"ları gətirib doldurdular. Buna icazə verdilər. Hərəsi 5-10 maşın alıb şəhərə buraxır. Bunların qarşısını almasaq, tıxacın həlli çətindir".

Anar Kəlbiyev