"Dəmiryolları üçün 4 əlavə qatar alınıb və test edilir. Bu o deməkdir ki, cari ilin ərzində mövcud qatar parkımızı 2 dəfə artırmış olacayıq. Bu bizə imkan verəcək ki, yeni və mövcud istiqamətlərdə intensivliyi artıra bilək".

"Unikal" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavini metropolitenlə bağlı bildirib ki, ora üçün bu il əlavə 35 qatarın gətirilməsi və xəttə buraxılması planlaşdırılır.

Anar Kəlbiyev