Rusiya Federasiyasının Əmək Nazirliyi miqrantların profillərinə uyğun işləmədikləri halda Rusiya Federasiyasının ərazisini tərk etməyə məcbur edilməsini təklif edən qanun layihəsi hazırlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, söhbət işə qəbul çərçivəsində gələn vətəndaşlardan gedir. Onlara dəvət olunan müəssisələrdə işləməkdən imtina edərlərsə, məsələn, tikinti əvəzinə kuryer işləməyə gedirlərsə, o zaman 15 gün ərzində Rusiyanı tərk etməlidirlər.

Bundan əlavə, əcnəbilər iş tapmaq üçün konkret işəgötürənlə müvəqqəti işləmək hüququnu təsdiq edən xüsusi sənəd almalıdırlar. 

Gülayə Mecid