"Bakının ictimai nəqliyyat xidmətini artırmamız və ən yüksək standarta uyğun təşkil etməyimiz üçün yolarda 2500 avtobus olmalıdır".

"Unikal" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

"Bu gün bir problem odur ki, 2000 ədəd avtobusumuz var. Amma onların da yarısı tələblərə cavab vermir", - nazir müavini bildirib.

R.Hümmətov qeyd edib ki, bu il Bakıya 100 elektrikli avtobusun gətirilməsi planlaşdırılır: “Növbəti illərdən bu sayın artmasını proqnozlaşdırırıq. Bu gün bizə ictimai nəqliyyatda 2500 avtobus lazımdır. Bunu özəl sektorun öhdəsinə qoyduq, amma görürük ki, öhdəsindən gələ bilmir. Tariflərin o həddə qədər artırılmasını biz mümkün hesab etmirik".

Anar Kəlbiyev