Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə polkovnik Elçin Əli oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilib.

"Unikal" bu gün general-mayor rütbəsi alan Elçin Məmmədovun fotosunu əldə edib.

Qeyd edək ki, Elçin Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisidir.

O, daha əvvəl Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin komandiri olub. Prezidentin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Murad İbrahimli