Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Krımda ciddi əməliyyata hazırlıq barədə məlumat verib.

"Unikal" xəbər verir ki, o, bu barədə yerli telekanalların birinə müsahibəsində deyib. 

Budanovun sözlərinə görə, bunu Qara dənizdəki döyüş hissələrinin tapşırıqları sübut edir.

"Bunların hamısı Krımda ciddi əməliyyat üçün hazırlıq tədbirləridir. Bu, bizim ordan yaxınlaşma və qaçış yolları haqqında dediklərimizin düzgünlüyünün yoxlanılmasıdır. Bundan əlavə, bu, işğal altında yaşayan əhali üçün yaxşı mesajdır", - Budanov bildirib. 

 Gülayə Mecid