Xalq artisti Anatollu Qəniyevin adını daşıyan Anatollu Qəniyev kredit borcuna görə məhkəməyə verilib.

“Unikal”ın məlumatına görə, Milli Gimnastika Arenasının səs rejissoru işləyən Qəniyev Anatollu Heydər oğlu ilə “Operating Dealing Company” MMC arasında kredit müqaviləsi üzrə mübahisə yaranıb. Nəsimi Rayon Məhkəməsində keçirilən məhkəmə prosesinə hakim Günay Abidova sədrlik edəcək. 

Qeyd edək ki, Anatollu Qəniyev əsasən xarici filmlərin səsləndirilməsi-dublyaj işi ilə məşğul olub. “Bridcit Consun gündəliyi 1-2”, “Dəmir adam 1-2”, “Flin olmaq”, “Milad əhvalatı”, “Robinzon Kruzo”, “Bir dayan”, “Vinni Pux” kimi xarici filmlərin dublyaj səs rejissoru olub.

Azər İsrafilov