Eyniadlı messencerin sahibi olan Telegram Messenger Inc şirkəti IPO-ya (İlkin İctimai Təklif) çıxmazdan əvvəl 30 milyard dollar məbləğində minimum ilkin qiymətləndirmə alıb.

"Unikal" xəbər verir ki, bu barədə "Telegram"ın yaradıcısı Pavel Durov "Financial Times"a  müsahibəsində danışıb.

Messencerin bu qiymətini potensial investorlar və "Telegram" səhmlərini almaq istəyən fondlar verib. 

Jurnalistlərlə söhbəti zamanı şirkət rəhbəri, həmçinin bildirib ki, "Telegram"ın auditoriyası hazırda təxminən 900 milyon aylıq aktiv istifadəçidir. Şirkətin hər bir istifadəçisinə xidmət illik 0,7 dollara başa gəlir.

Beləliklə, "Telegram" hər il infrastrukturun saxlanmasına təxminən 630 milyon dollar xərcləyir.

Ramil Zeynallı