General-leytenant Andrey Bulıqa Rusiya Federasiyası müdafiə nazirinin maddi-texniki təminat üzrə məsul müavini təyin edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.
“Rusiya Federasiyası Prezidentinin fərmanı ilə general-leytenant Andrey Bulıqa Rusiya Federasiyası Müdafiə nazirinin Rusiya Federasiyası Silahlı Qüvvələrinin maddi-texniki təchizatına cavabdeh müavini təyin edilib”, - deyə məlumatda bildirilir.
Müdafiə Nazirliyi qeyd edib ki, Bulıqa əvvəllər Qərb Hərbi Dairəsinin komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində çalışıb.
Nuranə Abbasova