Fransa prezidenti Emmanuel Makron mart ayına planlaşdırdığı Kiyev səfərini növbəti dəfə təxirə sala bilər.
"Unikal" xəbər verir ki, bu barədə “Tribuna” məlumat yayıb.
“Moskva ilə gərginlik kontekstində, bizdə olan məlumata görə, Emmanuel Makron Vladimir Putinlə münasibətlərdə eyni sərt xəttə sadiq qalan digər Avropa liderləri ilə birlikdə oraya getmək üçün martın ortalarında vəd etdiyi səfərini təxirə sala bilər”, – deyə nəşr yazıb.
Onların fikrincə, Makron Qərbin Ukraynaya dəstək birliyini nümayiş etdirmək üçün Baltikyanı ölkələr, Rumıniya, Çexiya, Böyük Britaniya və ya Niderland liderləri ilə birlikdə Kiyev və Odessaya səfər edə bilər.
Nuranə Abbasova