İsrail Qəzza zolağında HƏMAS-ın dördüncü ən mühüm liderini sıradan çıxarıb.

"Unikal" xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"Biz tam qələbə yolundayıq. Bu qələbəyə gedən yolda biz artıq HƏMAS-ın dördüncü ən mühüm üzvünü sıradan çıxarmışıq", - deyə Netanyahu videomüraciətində bildirib.

Bu bəyanat Fələstinin HƏMAS hərəkatının üçüncü ən mühüm komandiri, təşkilatın hərbi qanadının rəis müavini vəzifəsində çalışmış Mərvan İsanın öldürülməsi ilə bağlı mətbuatda yayılan xəbərlər fonunda verilib.

Nuranə Abbasova