2024-cü ilin ən yaxşı “qadın avtomobili” seçilib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu dəfə sürücülərin rəğbəti böyük elektromobilin - yeddi nəfərlik "Kia EV9"un tərəfində olub.

Qadınların Ümumdünya Avtomobili (WWCOTY) müsabiqəsinin münsiflər heyətinin avtomobil jurnalistləri Cənubi Koreya krossoverini geniş salona, ​​təsirli aerodinamikaya, qabaqcıl dizayna və sürətli enerji doldurmağa görə tərifləyiblər: 240 kilometr məsafədə enerji təchizatını doldurmaq üçün təxminən 15 dəqiqə kifayətdir.

"2024 Qadın Dünya Avtomobili" 52 ölkədən 75 qadın jurnalist tərəfindən seçilib. Bu titul üçün beş iddiaçı var idi: Volvo EX30 (Ən yaxşı ailə avtomobili), BMW 5-Series (böyük avtomobil), Volkswagen Amarok (tam ötürücülü), Aston Martin DB12 (eksklüziv avtomobil) və Kia EV9. Əksəriyyət həm də ən yaxşı “Böyük krossover” olan EV9-a səs verib.

Yeddi yerlik Kia EV9 keçən ilin yazında debüt edib. Beş metrlik kuzova malik avtomobil üç versiyada təklif olunur: 204 və 218 at qüvvəli bir mühərrikli və 385 at qüvvəli iki mühərrikli. Sonuncu sıfırdan saatda 100 kilometrə 5,3 saniyəyə sürətlənir. Ən zəif mühərrikə malik olan ən uzun mənzilli "Long Range" versiyasının "uçuş" məsafəsi 541 kilometrdir. Standart avadanlığa adaptiv kruiz-kontrol və 10 təhlükəsizlik yastığı daxildir.

Cənubi Koreyada qiyməti 77,3 milyon vondan, ABŞ-da isə 54,900 dollardan başlayır.

Nuranə Abbasova