Müğənni Xuraman Şuşalı evini satıb və başqa mənzilə köçüb.
"Unikal" xəbər verir ki, sənətçi bu haqda "Rəngarəng səhər" proqramında danışıb. O bildirib ki, buna səbəb qonşusu olub.
Xuraman qonşusunun onu dəfələrlə polisə şikayət etdiyini söyləyib:
"Əvvəl yaşadığım yerdəki qonşum məni neçə dəfə 102-yə şikayət edib. Hətta deyirdi yuxarılara yazacağam, yazırdı da. Bir də görürdüm polisdən zəng gəlir. Evdə tozsoran işlədirdim, uşaq səs salırdı, qonşu polisə yığırdı. Köçüb oradan qaçdım. Çünki həmin adamın psixoloji problemi var idi. Qorxdum ki, uşaqlara nəsə edər. İndi ora gələn digər qonşuya da eynisini edir. Amma həmin adam da onu polisə verib"..
Qeyd edək ki, Xuramanın dörd övladı var.