Təxminən bir ildir ki, vətəndaş müharibəsinin davam etdiyi Sudanda insanlar yemək tapmaqda böyük çətinlik çəkirlər.

"Unikal" xəbər verir ki, aclıqla üzləşən ailələr sağ qalmaq üçün çəyirtkə yeyirlər.

Küveytdə yerləşən “Al Najat Charity” sosial media hesabında vətəndaş müharibəsi səbəbilə qaçqın vəziyyətinə düşmüş sudanlıların vəziyyəti ilə bağlı görüntülər yayımlayıb.

“Təsəvvür edin, onların tək qidaları çəyirtkədir” başlığı ilə yayımlanan görüntülərdə ailələrin çəyirtkələri yediyi görülərkən, minlərlə sudanlı ailənin ərzaq yardımına ehtiyacı olduğu qeyd edilib.

Zərifə Nağıyeva