Fransanın "Liberation" qəzeti dərc etdiyi qalmaqallı karikatura ilə diqqət çəkib.

"Unikal" xəbər verir ki, qəzet Ramazan ayının başlanması münasibəti ilə dərc etdiyi çirkin karikaturada fələstinli kişinin siçan və böcəkləri tutmağa çalışdığını və iftar vaxtı hələ çatmadığı üçün fələstinli qadının onun əlini vuraraq dayandırması təsvir edib. Karikaturada, eyni zamanda, İsrail ordusunun bombaladığı binanın dağıntıları altında qalan şəxsin əli də əks olunub.

İsrailin kifayət qədər qida və tibbi ləvazimatların girməsinə icazə vermədiyi Qəzza zolağında bu günə qədər aclıq və susuzluqdan 27 nəfər həyatını itirərkən, Fransanın "Liberation" qəzetinin aclıqla mübarizə aparan və həyatını itirən qəzzalıları ələ salması birmənalı qarşılanmayıb.

Zərifə Nağıyeva