Alimlər Avropanın ən böyük kütləvi məzarlığını aşkar ediblər. 

"Unikal" xəbər verir ki, Almaniyanın Nürnberq şəhərindəki ərazidə Avropa əhalisinin 60 faizinin ölümünə səbəb olan bubon vəbasından ölən ən azı 1000 nəfərin basdırıldığı kütləvi məzarlıq tapılıb. 

Ekspertlər cəsədlərin 17-ci əsrin birinci yarısında baş verən amansız "bubon vəba" dalğasından sonra basdırıldığı bildiriliblər. 

Meyitlər Nürnberqdə yeni qocalar evinin tikintisindən əvvəl aparılan qazıntılar zamanı aşkar edilib. 

Mütəxəssislər hesab edirlər ki, burada 2 minə qədər, hətta daha çox skelet ola bilər. Qazıntıya rəhbərlik edən arxeoloq Julian Decker "Bu ərazidə qəbirlərin olduğuna dair heç bir əlamət yox idi. Mən şəxsən bu sayının 2000 və ya daha çox olacağını gözləyirəm və bu, Avropanın ən böyük kütləvi məzarlığıdır",- deyib. 

Taun epidemiyaları 1300-cü illərdən 1900-cü illərə qədər üç dalğada dünyanı vurub və milyonlarla insanın ölümünə səbəb olub. 

Gülayə Mecid