Ölkəmizdə səhiyyənin inkişafı və tərəqqisində xüsusi rola malik olan Diaqnoz Tibb Mərkəzinin Baş Həkimi Ələddin Cabbarova təşəkkür məktubu ünvanlanıb. 

"Unikal" həmin məktubu təqdim edir: 

"Mən Yardımlı rayonu Çayüzü kənd sakini Rzayev Yaşılxan Davud oğlu Diaqnoz Tibb Mərkəzinin Baş Həkimi Ələddin Cabbarov Cənablarına və müalicə həkimlərimə dərin minnətdarlığımı bildirirəm.

Uzun müddət idi ki, mədə-bağırsaq sistemindən və dəri xəstəliyindən əziyyət çəkirdim. Diaqnoz Tibb Mərkəzinin baş həkimin müalicə işləri üzrə müavini, terapevt-hepatoloq Tofiq Əkbərov Şahbaz oğluna müraciət etdim, təcili bütün müayinələri edib, müalicəyə başladı. Məni dəri xəstəliyimə görə Diaqnoz Tibb Mərkəzinin 108-ci otağında əyləşən dermatoloq Səidə xanım Əmirovanın yanına göndərdi. Çox sağ olsun Səidə xanım ilk baxışdan mənim diaqnozumu müəyyənləşdirdi. İşində peşəkar olan dəyərli həkimlərin düzgün təyin etdiyi diaqnoz və uğurlu müalicələri nəticəsində mən sağaldım. İndi özümü yaxşı hiss edirəm. Çox sağ olun ki, belə bacarıqlı, təcrübəli və insani keyfiyyətləri olan həkimləriniz var.

Hörmətli Ələddin Cabbarov, ölkəmizdə səhiyyənin inkişafı və tərəqqisi naminə gördüyünüz bütün işlərdə nəsibiniz hər zaman uğur olsun.

Allah Sizləri qorusun, həmişə var olun.

Hörmətlə,

Rzayev Yaşılxan Davud oğlu". 

Diaqnoz Tibb Mərkəzinin baş həkiminə təşəkkür məktubu ünvanlandı (FOTO)